“Qarabağ” “Fənərbağça”nın yarımmüdafiəçisi Alper Potuku transfer edə bilməyib.
Türkiyə mətbuatının yazdığına görə, istanbullular 28 yaşlı futbolçunu havayı buraxmaq istəməyib. “Qarabağ”la yanaşı, Alperlə “Rizəspor” və “Beşiktaş” klubları da maraqlanırdı.
Xatırladaq ki, Ağdam klubu türkiyəli futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyirdi.